Britaniyada COVİD-19-dan rekord sayda ölüm qeydə alınıb

22:00 / 19.01.2021
775

Böyük Britaniyada son sutka ərzində 1 610 nəfər koronavirusdan ölüb. Bu, COVİD-19 pandemiyası başlayandan etibarən qeydə alınan ən yüksək ölüm göstəricidir.

HİT.Az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, məlumatı Britaniyanın Səhiyyə Departmenti yayıb.

Beləliklə, Böyük Britaniya Krallığında koronavirus infeksiyasından həyatını itirənlərin sayı 91 470 nəfərə çatıb.

Qeyd edək ki, Britaniyada son sutka ərzində daha 33 355 nəfər koronavirusa yoluxub. Hazırda Krallıqda koronavirusa yoluxanların ümumi sayı 3 466 849 nəfər təşkil edir.

0