Ermənistanın cənubunda, Sünik (Zəngəzur) istiqamətində II Qarabağ müharibəsində ölənlərin qalıqlarının axtarışı zamanı mina partlayıb.
Bu barədə Ermənistan FHN mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, hadisə Zəngəzurun Mehri bölgəsində baş verib. Partlayış nəticəsində iki xilasedici - Ermənistan FHN-in kapitanı Artem Şahnazaryan və yanğınsöndürən Aram Navasardyan yaralanıb.
Onlar Mehridəki tibb mərkəzində ilkin yardım göstəriləndən sonra Qafandakı xəstəxanaya aparılıblar.