Çinin uyğurlara qarşı etdikləri "soyqırım"dır - ABŞ

DÜNYA
22:51 / 19.01.2021
936

ABŞ, Çinin Sintszyan-Uyğur Muxtar Rayonunda rəsmi Pekinin uyğur türklərinə qarşı siyasətini “soyqırım” və “insanlığa qarşı cinayət” hesab edir.

HİT.Az Rusiyanın "TASS" agentliyinə istinadən xəbər verir ki, bu açıqlama ilə ABŞ Dövlət katibi Mayk Pompeo çıxış edib.

"Mövcud faktları diqqətlə araşdırdıqdan sonra qənaətə gəldim ki, azı 2017-ci ilin martından etibarən Çin Xalq Respublikası Sintszyanda insanlığa qarşı cinayətlər törədib. Rəsmi Pekinin sözügedən bölgədə soyqırımı həyata keçirdiyi qənaətindəyəm”, - deyə Pompeo bildirib.

1