ABŞ "husiləri" terror təşkilatları siyahısına daxil etdi

DÜNYA
23:25 / 19.01.2021
690

ABŞ "Ənsar Allah" hərəkatından olan Yəmən üsyançılarını (husilər) terror təşkilatları siyahısına daxil edib.

Bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin bəyanatında deyilir.

"Bu gün - 19 yanvarda, ABŞ Dövlət Departamenti "Ənsar Allah"ı terror təşkilatı elan etdi", - bəyanatda bildirilir.

Bundan başqa, Dövlət Departamenti həmçinin husilərin üç rəhbərini də qlobal terrorçular siyahısına daxil edib.

Qeyd edək ki, Yəməndə 2014-cü ildən etibarən hökumət qüvvələri ilə hakimiyyəti ələ keçirmiş "husilər" arasında qarşıdurma davam edir.

0