Madriddə güclü partlayış - ölənlər və xəsarət alanlar var

20:15 / 20.01.2021
916

İspaniyanın paytaxtı Madriddə güclü partlayış olub.

HİT.Az-ın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, hadisə paytaxtın Toledo küçəsində baş verib. Partlayış nəticəsində binalardan birinin bir hissəsi dağılıb.

Ən azı altı nəfərin yaralandığı, bir neçə nəfərin həlak olduğu bildirilir.

İlkin məlumatlara görə, partlayışa qaz sızması səbəb olub.

0