Bayden rəsmən ABŞ-ın 46-cı Prezidenti oldu, Tramp 150 illik ənənəni pozdu

DÜNYA
21:15 / 20.01.2021
1106

Co Bayden, Vaşinqtonda Kapitoli qarşısında keçirilən inaqurasiya mərasimində prezident andı içərək rəsmən ABŞ-ın 46-cı dövlət başçısı oldu. 

HİT.Az xəbər verir ki, mərasim NBC telekanalı tərəfindən birbaşa yayımlanırdı.

"Mən, Cozef Robinett Bayden, təntənəli şəkildə and içirəm ki, Amerika Birləşmiş Ştatları Prezidenti vəzifələrimi sədaqətlə yerinə yetirəcəyəm və Amerika Konstitusiyasını bacardığım qədər qoruyacağam, qoruyacağam və qoruyacağam", - İncil üzərinə əl basaraq Bayden dedi.

Vəzifəsini tərk edən vitse-prezident Mayk Pens də mərasimdə iştirak edənlər arasında idi.

Qeyd edə ki, Donald Tramp 150 illik ənənəni pozaraq mərasimə qatılmaqdan imtina etdi və təntənəli tədbirə bir neçə saat qalmış Vaşinqtonu tərk edərək Floridadakı Mar-a-Laqo iqamətgahına getdi. Bundan əvvəl o, tərəfdarları ilə vidalaşaraq "bu və ya digər şəkildə" qayıdacağına dair söz verdi.

0