\"Demokratiya qalib gəldi\" - BAYDEN

23:29 / 20.01.2021
906

Ağ Evin yeni sahibi Co Bayden andiçmə mərasimində çıxışı zamanı özünün ABŞ prezidenti seçilməsi ilə demokratiyanın qalib gəldiyini vurğulayıb.

HİT.Az xəbər verir ki, mərasim NBC telekanalı tərəfindən birbaşa yayımlanırdı.

"Bu gün Amerikanın günüdür, bu demokratiyanın günüdür. Yenilənməyə ümidin və tarixin günüdür. Bu gün biz namizədin deyil, hədəfimizin zəfərini qeyd edirik. Hədəf - demokratiyadır. Xalqın iradəsi eşidildi. Yenidən öyrəndik ki, demokratiya qiymətlidir, kövrəkdir. Və bu saat dostlar, demokratiya qalib gəldi", - Bayden çıxışında dedi.

0