Erməni əsgər valideynləri Qarabağda itkin düşənlərin tapılması üçün Rusiya sülhməramlılarına müraciət edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.
Bildirilir ki, indiyə qədər rus sülhməramlılarının Xankəndidə yaratdıqları “Qarabağ ərazisində itkin düşmüş münaqişə iştirakçıları haqqında məlumatların toplanması üzrə vətəndaşların qəbulu məntəqəsi”nə 2320 müraciət daxil olub.
İtkinlərin axtarılması üçün Rusiya sülhməramlılarının Beynəlxalq Qızıl Xaç Komitəsi, Azərbaycan və Ermənistanla əlaqədə olduğu bildirilib. Bütün müraciətlər qeydə alınır, məlumat bazasına daxil edilir və birgə axtarış qruplarına ötürülür.
Qeyd edək ki, Ermənistan ötən gün İkinci Qarabağ savaşında itkilərinin sayının 3439-a qalxdığını təsdiqləyib. Bildirilib ki, bu say əldə edilən meyitlərə görədir və axtarışlardan sonra sözügedən rəqəmin 4 mindən çox olmayacağı təxmin edilir.
Rus sülhməramlılarına müraciət isə göstərir ki, bu rəqəm ən azı 6 minə qalxa bilər.