ABŞ-da prezident səlahiyyətlərinin icrasına başlayan Cozef Bayden bir çox təyinata imza atıb. Novator.az Baydenin vəzifəyə gətirdiyi rəsmilərin siyahısını hazırlayıb.
Həmin siyahını təqdim edirik.
Nazir postlarına bu şəxslər namizəd göstərilib:
Den Smit – dövlət katibi (xarici işlər naziri)
Devid Norkvist – müdafiə naziri
Manti Uilkinson – ədliyyə naziri (baş prokuror)
Skat de la Veqa – daxili işlər naziri
Devid Pekoski – daxili təhlükəsizlik naziri
Endi Bakol – maliyyə naziri
Vin Kaqins – ticarət naziri
Kevin Şe – kənd təsərrüfatı naziri
Devid Hayzanq – energetika naziri
Lana Hardl – nəqliyyat naziri
Met Emmonn – tikinti və şəhər inkişafı naziri
Al Stüart – əmək naziri
Norris Kokran – səhiyyə və sosial xidmətlər naziri
Det Tran – veteranlarla iş naziri
Fil Rozenfelt – təhsil naziri.
Təyinatlar üçün Konqresin yuxarı palatası olan Senatın razılığı gərəkdir.
Milli Kəşfiyyatın direktoru Evril Heyns Senatdan xeyir-dua alıb.
Maria Peqn ticarət nümayəndəsi, Tami Perielo Kiçik Biznes Administrasiyasının rəhbəri, Rob Feyrviter İnzibati-Büdcə İdarəsinin direktoru, Ceyn Nişida Ətraf Mühitin Mühafizəsi Agentliyinin rəisi vəzifələrinə, Riç Mills ABŞ-ın BMT-dəki daimi nümayəndəsi postuna namizəddir.
Kamala Harris vitse-prezident, Ron Kleyn Ağ ev administrasiyasının başçısıdır.
1942-ci il təvəllüdlü Cozef Bayden Delaver Universitetini tarixçi və politoloq ixtisasları ilə bitirib, həmçinin Sirakus Universitetinin Hüquq Məktəbində təhsil alıb.
1972, 1978, 1984, 1990, 1996, 2002 və 2008-ci illərdə ABŞ Konqresinin yuxarı palatası olan Senatın üzvü seçilib. 1987-1995-ci illərdə Senatın Məhkəmə Komitəsinə, 2001-2003 və 2007-2009-cu illərdə Xarici Əlaqələr Komitəsinə sədrlik edib.
2009-2017-ci illərdə vitse-prezident postunu tutub.
2020-ci il noyabrın 3-də keçirilmiş prezident seçkisinin ümumxalq səsverməsi mərhələsinə Demokratlar Partiyasının namizədi kimi qatılan Cozef Bayden 538 nəfərlik Seçicilər Kollegiyasına 306, Respublikaçılar Partiyasının namizədi olan prezident Donald Tramp 232 nümayəndə qazanıb.
Seçicilər Kollegiyasındakı 14 dekabr 2020-ci il səsverməsi də 306:232 səs nisbəti ilə Cozef Baydenin xeyrinə yekunlaşıb. Qələbə üçün 270 səs kifayətdir.
2021-ci il yanvarın 7-də ABŞ Konqresi Senat və Nümayəndələr Palatasının birgə iclasında Cozef Baydenin prezident seçilməsini təsdiqləyib. Yanvarın 20-də Cozef Bayden prezident andı içib.