Gündəlik pəhrizə daxil olan bəzi qida məhsullarının çox təhlükəli olduğu ortaya çıxıb. Onların orqanizmə olan təsiri demək olar ki, zəhərdən fərqlənmir.
HİT.Az "Focus” saytına istinadla bildirir ki, bəzi qida məhsullarının müntəzəm istifadəsi ilə bağırsaqlarda zərərli bakteriyalar çoxalır, xoşagəlməz nəticələr və hətta ölüm riski artır.
Almaniyalı həkim Tomas Frillinq bağırsaqları "zəhərləyən" qidaları sadalayıb. Hər şeydən əvvəl mütəxəssis, kanserogen kimi tanınan və bağırsaq xərçəngi riskini əhəmiyyətli dərəcədə artıran sarsıdılmış, hisə verilmiş və çox işlənmiş kolbasalardan imtina etməyi məsləhət görür. Frillinq qeyd edir ki, qırmızı ət istehlakı ümumiyyətlə həftədə 500 qramı aşmamalıdır.
Mütəxəssis, şəkər istifadəsinin də minimuma endirilməsini tövsiyə edir, çünki o, zərərli bakteriyaların çoxalmasını təşviq edir və faydalı mikroorqanizmləri sıxışdırır. Bundan əlavə, həkim marqarin və mayonez kimi "pis yağları" bağırsaqlara ciddi yük olduqları üçün rasiyondan çıxarmağı məsləhət görür.
Həkimin dediyinə görə, bağırsağın selikli qişası üçün ən yaxşı maddə paxlalılar və tərəvəzlərdə olan sellülozadır. Ələcə də banan, balıq, qabıqlı kartof və qara çörək mədə bağırsaq sistemi üçün çox faydalıdır.