ABŞ Konqresinin üzvü Marcori Teylor Qrin korrupsiya ittihamı ilə Nümayəndələr Palatasında yeni seçilmiş prezident Co Baydenə impiçment maddələri üzrə tələb irəli sürüb.
HİT.Az xəbər verir ki, Qrin Twitter hesabında yayımladığı bir açıqlamada Baydenin “oğlu Hanteri problemdən qurtarmaq” və “ailənin ciblərini xarici enerji şirkətlərindən gələn korrupsiya pulları ilə doldurmaq” üçün əlindən gələni edəcəyini bildirib.
Bundan əlavə, xanım konqresmenə görə, Amerikanın yeni lideri oğluna ABŞ-ın ən böyük düşmənləri olan Rusiya və Çindən pul "çəkməyə" icazə verərkən səlahiyyətlərindən sui-istifadə edib.