Yazda Belarusu etiraz dalğaları bürüyəcək - Tixanovskaya vəd verdi

DÜNYA
23:55 / 22.01.2021
865

Yazda Belarusda etiraz hərəkatının yeni dalğası başlaya bilər. 

HİT.Az "ERR" saytına istinadən xəbər verir ki, Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya bildirib ki, hal-hazırda kəskin soyuqlar səbəbindən kütləvi nümayişlər durdurulub.

“Etiraz hərəkatı bitməyib. Kütləvi nümayişlərin olmaması təbiidir, çünki insanlar yorulub və hava çox soyuqdur. Vacib olan insanların ürəklərdə və beyinlərdə dəyişməməsidir", - Tixanovskaya qeyd edib.

O, xalq hərəkatının böyüyəcəyini və yazda əvvəlki həcminə və gücünə qayıdacağına əminlik ifadə edib.

Xatırladaq ki, Belarusda ötən ilin avqust ayından etibarən prezident Aleksandr Lukaşenkonun istefası tələbi ilə kütləvi aksiyalar keçirilir. Güc strukturlarının etirazçılarla sərt şəkildə rəftarı insanların əziyyət çəkmələrinə səbəb olub. 

0