Qvineya körfəzində Türkiyəyə məxsus "Mozart" yük gəmisinə Nigeriyalı dəniz quldurları tərəfindən basqın olub.
HİT.Az Türkiyə KİV-inə istinadən bildirir ki, Nigeriyanın Laqos şəhərindən Cənubi Afrika Respublikasının Keyptaun şəhərinə doğru üzən gəmidə 19 ekipaj üzvü olub.
Silahlılar gəmidə olan yeganə azərbaycanlı, ikinci mühəndis Fərman İsmayılovu öldürüblər. Məlumata əsasən, ekipaj üzvlərindən Türkiyə vətəndaşı olan 15 nəfər girov götürülüb. Xilas olmağı bacaran 3 nəfər isə gəmini təhlükəsiz limana çatdırıb.
Bildirilir ki, nigeriyalı dəniz quldurları girovlarla bağlı razılaşmaq üçün xəbər gözləyirlər.
"Mozart" gəmisində olan 19 ekipaj üzvünün adları:
Kapitan - Mustafa Qaya
2-ci kapitan – Məlih Çətin
3-cü kaptan - Doğancan Cəngil
4-cü kaptan - Furkan Yarən
Baş mühəndis - Süha Tatlıgül
2-ci mühəndis – Fərman İsmayılov
3-cü mühəndis - Yasin Alpər Şəkər
Elektroteknik zabit - Gökhan Buran
Rəis - Vedat Aksan
Dənizçi - Erdi Ərman
Dənizçi – Xəlil Gülçür
Dənizçi - Ünsal Dilsiz
Dənizçi - Adil Alkan
Dənizçi - İlyas Baş
Fiter – Məsud Maral
Ekipaj üzvü - Bahadur Yaşılalan
Ekipaj üzvü - Gökhan Lalə
Aşpaz - Mustafa Benklioğlu
Təcrübəçi – Həmzə Orxan