Meksika prezidenti Andres Manuel Lopes Obrador koronavirusa yoluxub.
HIT.Az-;n məlumatına görə, bu barədə Obrador "Twitter" hesabında yazıb.
"Təəsüflə sizə kovidə yoluxduğumu bildirirəm. Simptomlar yüngüldür, müalicə alıram. Həmişəki kimi nikbinəm", - postda deyilir.
67 yaşlı siyasətçinin sözlərinə görə, səhərki konfranslarda onu daxili işlər naziri Olqa Sançes Kordero əvəz edəcək. "Ölkə rəhbərliyini Milli Saraydan izləyəcəm", - Obrador əlavə edib.
Qeyd edilir ki, 2020-ci ildə Meksika hökumətinin bir neçə üzvü, o cümlədən maliyyə və ictimai kredit naziri Arturo Herrera koronavirusa yoluxublar. Hamısı sağalıb və vəzifələrinin icrasına qayıdıblar.