Fransa Prezidenti Emmanuel Makronla ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı olub.
Məlumatı Fransa Prezidentinin mətbuat xidməti yayıb.
Bildirilir ki, telefon danışığı zamanı tərəflər Yaxın Şərq probleminin həlli üçün birgə çalışmaq barədə razılaşıblar.
Liderlərin xüsusilə İran nüvə razılaşması və Livandakı situasiyanı müzakirə etdikləri vurğulanıb.
Virtualaz.org