“16 yanvar 2020-ci il tarixində sosial şəbəkə vasitəsilə bir açıqlama vermişdim. Demişdim ki, əgər Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyev icazəsi olarsa, şəxsi göstərişimlə Ülkü Ocaqları Təhsil və Mədəniyyət Fondu olaraq Şuşada doqquz siniflik məktəbin tikilməsi hədəfimizdir”.
“Haber Global”ın məlumatına görə, bu sözləri MHP sədri Dövlət Bağçalı deyib.
“Bu məktəbə Şuşada doğulan və Azərbaycan himninin bəstəkarı olan mərhum Üzeyir Hacıbəylinin adının veriləcəyini, təməlinin isə 30 yanvar 2021-ci il tarixində qoyula biləcəyini söyləmişdim. Rəcəb Tayyib Ərdoğanla İlham Əliyevin qarşılıqlı razılıq və təsdiqi ilə Şuşada məktəb tikmək layihəmiz uyğun görülüb. Prezidentlərimizə həssaslıqlarına görə təşəkkür edirəm. Proses və layihənin bütün mərhələləri barədə onlara məlumat veriləcək. Şuşada məktəb tikintisi başa çatan kimi dərhal Azərbaycan Respublikasına təslim ediləcək.
Qarşıdakı günlərdə əməkdaşlarımızı Şuşaya göndərəcəyik. Məktəbin harada tikiləcəyi müzakirə ediləcək. Məktəb tikintisi üçün ərazi müəyyən edildikdən sonra təməli qoyulacaq”, - deyə Dövlət Bağçalı qeyd edib.
Çıxışı zamanı MHP sədri həmçinin Şuşada tikiləcək məktəbin ilkin eskizlərini də nümayiş etdirib.