Nə qədər insana koronavirus əleyhinə peyvənd vurulub? - Bloomberg

12:36 / 27.01.2021
701

Koronavirus infeksiyası əleyhinə vaksinasiyanın başlandığı 57 ölkədə ümumilikdə 71,3 milyondan çox insana peyvənd vurulub.

HİT.Az-ın "Bloomberg"-ə istinadən verdiyi məlumata görə, vaksinasiya kampaniyası çərçivəsində gündəlik təqribən 3,57 milyon nəfərə peyvənd vurulur.

Qeyd olunub ki, artıq ABŞ-da 24,4 milyondan çox insana vaksin vurulub ki, bu da ümumi ölkə əhalisinin 7,45%-ni təkil edir. Çində 15 milyon nəfərə (əhalinin 1,07%-i), Avropa İttifaqında isə 9,7 milyon nəfərə peyvənd vurulub. 

Vaksinasiyasının ən sürətlə aparıldığı ölkə isə İsraildir. Bu ölkədə artıq 4,04 milyon nəfərə peyvənd vurulub ki, bu da əhalinin 44,6%-ni təşkil edir.

Məlumatda o da qeyd olunub ki, BƏƏ-də əhalinin 24,9%-i, Böyük Britaniyada isə 10,9%-nə peyvənd vurulub.

0