Dünya "hamının hamıya qarşı" mübarizə problemi ilə üz-üzədir - Putin

DÜNYA
17:10 / 27.01.2021
1075

"Dünyada qlobal təhlükəsizlik sistemi çökmək üzrədir, hazırki vəziyyəti ötən yüzilliyin otuzuncu illəri ilə müqayisə etmək olar". 

HİT.Az-ın RİA "Novosti"-yə istinadla verdiyi xəbərə görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin deyib. 

"Müasir dünyada qlobal "qəza" və "hamının hamıya qarşı" mübarizə aparmaq təhlükəsi yaranıb", - deyə o bildirib. 

Rusiya liderinin sözlərinə görə, iqtisadiyyatda, siyasətdə və sosial sahədə baş verən qlobal dəyişiklikləri görməzdən gəlmək çox çətindir. Putin onu da əlavə edib ki, koronavirus pandemiyası dünyadakı balans pozuntusu problemlərini daha da kəskinləşdirib.

0