“Niyə məğlub olduğumuzu Nikoldan soruşun” - Erməni general

DÜNYA
13:58 / 28.01.2021
1273

Müharibədə niyə məğlub olduğumuzu baş nazir Nikol Paşinyandan soruşun.

Azvision.az xəbər verir ki, bunu Ermənistan ordusunun yaradılmasının 29-cu ildönümü münasibətilə “Erablur” memorial məzarlığına gələn silahlı qüvvələrin keçmiş baş qərargah rəisi, general-polkovnik Yuri Xaçaturov jurnalistlərə bildirib.

“Niyə məğlubiyyətə uğradıq? Bu barədə Paşinyandan soruşun”, - deyən Xaçaturov digər suallara cavab verməkdən imtina edib.

0