ÜST-dən daha bir pandemiya XƏBƏRDARLIĞI

DÜNYA
14:42 / 28.01.2021
934

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 1999-cu ildə Malayziyada aşkarlanmış “Nipah”, yaxud “NiV” adlı virusun pandemiyası ilə bağlı xəbərdarlıq edib.

“Nipah” Nipah çayı sahilində yaşayan donuzçuluqla məşğul olan fermerlərdə aşkarlanıb.

Onun vəhşi təbiətdəki daşıyıcıları Cənubi Çin, Cənub-Şərqi Asiya, Yeni Qvineya və Avstraliyada geniş yayılmış yarasalar və yarasalar dəstəsinə aid uçan tülkülərdir. Bu virusa Afrikada uçan tülkülərdə də rast gəlinib. Həmin heyvanlar bu virusdan heç vaxt xəstələnmirlər.

“Nipah” insanlara virusa yoluxan xəstə donuzlarla təmasdan keçir. Virusdan ölüm halları 40-75 faiz təşkil edir. Xəstəlik ölümcül ensefalit (baş beyinin iltihabı) yaradır, eləcə də simptomsuz mövcud olur. “Nipah”a qarşı hələlik dərman taplmayıb.

Ümumdünya Səhiyyə Təşkilatı profilaktika üçün yarasalar və onun kimilərlə əlaqəni azaltmağı, virusa yoluxan adamlarla fiziki təmaslardan yayınmağı, əlləri yumaq və fərdi qorunma vasitələrindən istifadə etməyi məsləhət görür.

0
Modern.az