Putin ABŞ-la imzalanmış SNV-3 müqaviləsinin müddətini artırdı

DÜNYA
20:51 / 29.01.2021
1270

Rusiya Prezidenti Vladimir Putin Strateji Hücum Silahları Müqaviləsinin (SNV-3) uzadılmasına dair razılaşmanı təsdiqləyən qanun imzaladı.

HİT.Az xəbər verir ki, bu barədə yanvarın 29-da Kremlin rəsmi saytı məlumat yayıb.

Beləliklə, Moskva ilə Vaşinqton arasındakı SNV-3 razılaşmasının müddəti beş il - 5 fevral 2026-cı ilə qədər uzadılır.

Qeyd edək ki, Rusiya və ABŞ arasında SNV-3 müqaviləsi 5 fevral 2011-ci il tarixində imzalanıb. Tərəflərin nüvə potensialının azaldılmasını nəzərdə tutan sənədin müddəti 2021-ci ilin fevralında başa çatırdı.

0