Yerevanda Paşinyanı öldürmək çağırışı edən Badasyan həbs olundu

DÜNYA
10:04 / 30.01.2021
818

Yerevan məhkəməsi keçmiş deputat Vaan Badasyan barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Ermənistanın milli təhlükəsizlik xidmətinin vəsatətini təmin edib.

HİT.Az "Kavkazski uzel" nəşrinə istinadən bildirir ki, bu barədə Badasyanın vəkili Araik Papikyan deyib. 

Vəkilin sözlərinə görə, buna səbəb Badasyanın baş nazir Nikol Paşinyan barəsində dedikləri olub.

Məlumata əsasən, yanvarın 28-də Yerevanda hərbi qəbiristanlıqda jurnalistlərlə söhbət edən Vaan Badasyan bunları deyib: “Paşinyanı təkcə məğlubiyyətin rəmzi olduğuna görə yox, həm də düşmən olduğu üçün aradan götürmək lazımdı. Onu hər vəclə aradan götürmək gərəkdir, hətta fiziki olaraq silahdan istifadə etməklə. Bu gündən başlayaraq hərbi şura yaradıb dediklərimi həyata keçirmək üçün hazırlaşacam". 

Qeyd edək ki, Badasyan 2020-ci ilin payızında işğalçı ordu sıralarında Qarabağda gedən müharibədə də iştirak edib. Döyüşlərdə başından yaralanan eks-deputat sağ qalmağı bacarıb.

0