Həkimlər minlərlə pasiyentə saxta peyvənd vurublar

DÜNYA
11:08 / 30.01.2021
1531

Ekvadorun alternativ tibb xidməti mərkəzinin həkimləri xəstələrə koronavirus infeksiyasına qarşı saxta peyvənd vurmaqda şübhəli bilinir.

“El Comercio” nəşri xəbər verib ki, klinikanın həkimləri müştərilərinə COVID-19 infeksiyasından qorunmaqda kömək edəcək peyvənd kursu təklif ediblər.

Ümumilikdə üç iynə kursundan ibarət olan prosedurun qiyməti 15 dollara (25 manat) təklif edilib. 

Qeyd olunub ki, mərkəzin işçiləri xəstələrə 70 min doza saxta peyvənd vurublar.

0