Ermənistan baş nazirinin həyat yoldaşı Anna Akopyanın ABŞ-a səfəri yerli ermənilər tərəfindən qəzəblə qarşılanıb.
Bu barədə Ermənistan mediası məlumat yayıb.
"Baş xainin arvadı bu yaxınlarda Los-Angeles hava limanında göründü. Anna Akopyan ABŞ-da "xain" plakatları ilə qarşılandı”,- deyə ABŞ-da etiraz aksiyası keçirən politoloq Robert Marqaryan bildirib. Həmçinin qeyd edilib ki, Akopyan Los-Ancelesə mühafizəçiləri ilə gedib və burada fevralın 1-də özünə ad günü məclisi keçirməyi planlaşdırır.
Xatırladaq ki, ötən ay Akopyanın Rusiyaya gizli səfər etməsi erməni cəmiyyətində etiraz doğurmuşdu.
Virtualaz.org