Bu gündən başlayaraq Ermənistanla Rusiya arasında hava sərhədləri açılır.
Qarabağ müharibəsində uğradığı sarsıdıcı məğlubiyyət, iqtisadi vəziyyətin pisləşməsi və cəmiyyəti bürüyən psixoloji böhran fonunda ölkə vətəndaşlarının xaricə, o cümlədən Rusiyaya kütləvi axını gözlənilir.
Nikol Paşinyan hakimiyyətinə müxalif siyasətçi, “Veto” təşkilatının sədri Narek Malyan yaxın aylarda azı 200 min Ermənistan vətəndaşının ölkəni birdəfəlik tərk edəcəyini yazıb.
“Əminliklə deyə bilərəm ki, fevralda Ermənistanı tarixindəki ən böyük kütləvi mühacirət gözləyir. Onu da deyə bilərəm ki, mühacirlər Rostovdan, Pskovdan, Vladikavkazdan və s. ikinci dərəcəli Rusiya şəhərlərindən vətəndə qalanlara vətənpərvərlik dərsləri keçəcək”.
Onun fikrincə, Nikol Paşinyan ölkəni böhran vəziyyətinə çatdırsa da, vətəndaşların bir qismi hələ də ona inanır.