İran peykdaşıyıcısını orbitə çıxardıb

DÜNYA
22:46 / 01.02.2021
705

İran fevralın 1-də ölkə aeronavtika sahəsində ilk dəfə olaraq bərk yanacaqlı mühərrikdən istifadə etməklə "Zülcanah" araşdırma peykdaşıyıcısını açıq kosmosa göndərib.

HİT.Az-ın məlumatına görə, bunu yerli televiziyaya İranın müdafiə nazirliyinin sözçüsü Əhməd Hüseyni deyib.

Hüseyninin sözlərinə görə, bu peykdaşıyıcısını kosmosa göndərməkdə məqsəd İranda bərk yanacaq istehlak edən mühərrikin texnoloji göstəricisini sınaqdan keçirməkdir.

O, əlavə edib ki, texniki cəhətdən dünyanın hazırkı peykdaşıyıcıları ilə müqayisə oluna biləcək bu peyk üç mərhələli yanacaqdan (2 bərk yanacaq, 1 maye yanacaq) istifadə edir.

Hüseyni onu da əlavə edib ki, bu peykdaşıyıcısı 220 kq çəkisi olan peyki 500 kilometrə qədər daşıya bilər.

0