Ukraynada 3 azərbaycanlı deport olundu

DÜNYA
10:13 / 02.02.2021
766

Ukraynanın Çernovtsı və İvano-Frankovks şəhərlərindən pandemiya dövründə sərtləşdirilmiş karantin rejimini (lokdaun) təkrar pozduqları və ictimai asayişə təhlükə törətdikləri üçün 3 azərbaycanlı məsuliyyətə cəlb edilib.

HİT.Az Report-a istinadən xəbər verir ki, Azərbaycan vətəndaşları Hüsüyev Cümşüd, Hüsüyev Mürşüd və Kərimov Kərim məhkəmə qərarı ilə ölkədən deportasiya olunublar.

Bildirilib ki, hər üç azərbaycanlı buna qədər də Ukraynada bir neçə dəfə inzibati məsuliyyətə cəlb olunublar.

Qeyd edək ki, Ukraynada yanvarın 8-dən 24-dək sərt karantin rejimi tətbiq olunub. Yanvar lokdaunu zamanı mağazalardan yalnız qida məhsulları, habelə dərman, şəxsi gigiyena vasitələri, veterinar preparatlar, yem, bitkilərə qulluq vasitələri, məişət təmişləyiciləri və çap mediası məhsulları almaq mümkün idi.

Ukraynada indiyədək 1 221 485 nəfərdə COVID-19 aşkarlanıb. Onlardan 1 023 915 nəfər sağalsa da, 22 768 nəfər virusun qurbanı olub. Ölkədə yoluxma hallarının azalması ilə əlaqədar karantin tədbirlərinin yumşaldılması gözlənilir.

0