Moskvada etirazlar yenidən başladı - CANLI

DÜNYA
23:29 / 02.02.2021
1910

Rusiyalı müxalifətçi bloger Aleksey Navalnı haqqında 3,5 illik həbs cəzası elan edildikdən sonra Moskvada etiraz yürüşü başlayıb.

HİT.Az TASS agentliyinə istinadən xəbər verir ki, icazəsiz aksiyaya qoşulanlar əsasən gənclərdir. Polis Manejnaya Meydanında təhlükəsizliyi gücləndirib. Eyni zamanda, paytaxtın digər küçələrində də hüquq-mühafizə orqanlarının əməkdaşları ciddi təhlükəsizlik tədbirləri görməyə başlayıb.

Artıq bir neçə nəfərin saxlanıldığı bildirilir.

Xatırladaq ki, bu gün Moskvanın Simonovski şəhər məhkəməsi Navalnının "İv Roşe" işi üzrə şərti cəzasını ləğv edərək onu 3,5 illik real həbs cəzası ilə əvəz edib. Navalnının həbsi ümumi rejimli cəzaçəkmə müəssisəsində davam edəcək. Onun "İv Roşe" işi üzrə ev dustaqlığında keçirdiyi 1 il nəzərə alınaraq həbsxanada 2,5 il cəza çəkəcək.

 

0