Rusiyanın qarşısına tələb qoyuldu: Navalnının sərbəst buraxın

DÜNYA
10:30 / 03.02.2021
1104

ABŞ, Almaniya, Böyük Britaniya, İsveç nümayəndələri, habelə Avropa Şurası Komissarı və Fransa prezidenti Rusiya müxalifəti lideri Aleksey Navalnının sərbəst buraxılması tələbi ilə çıxış etdilər.

HİT.Az "RBK"-ya istinadla bildirir ki, Rusiya Xarici İşlər Nazirliyi isə Qərb ölkələrinə öz işləri ilə məşğul olmağı tövsiyə edib.

Xəbər verildiyi kimi, 2 fevral tarixində məhkəmə Cəzaların İcrası Federal Xidmətinin Navalnının şərti cəzasının həqiqi cəza ilə əvəzlənməsi barədə vəsatətini təmin edib. Aleksey Navalnı barəsində qəbul edilən şərti cəza azadlıqdan məhrum etmə cəzası ilə dəyişdirilib və o, 3,5 il müddətinə azadlıqdan məhrum edilib. 

Bundan əlavə, müttəhimin ev dustaqlığında keçirdiyi 12 ay təyin edilmiş cəzadan çıxılacaq. Beləliklə, müdafiə tərəfi qərara etiraz etməsə, Navalnı 2,5 il həbsdə olacaq. 

Qeyd edək ki, Aleksey Navalnının qardaşı Oleq Navalnı da 3,5 il müddətinə azadlıqdan məhrum edilib.

1