Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus infeksiyasından bir həftə ərzində ölənlərin sayında rekord artım olduğunu bildirir.
HİT.Az xəbər verir ki, məlumata görə, yanvarın 25-31 arası dünyada COVID-19-a yoluxanlardan 96 364-ü dünyasını dəyişib.
Ölüm hallarının təxminən 50%-i koronavirusla vəziyyətin olduqca acınacaqlı olduğu Şimali və Cənubi Amerikanın payına düşür ki, burada son həftə ərzində 47 277 insan virusdan ölüb. Avropada isə ötən həftə 36 674 insan COVİD-19-dan dünyasını dəyişib.
ÜST-ün hesablamalarına əsasən, bu, pandemiya başlayandan ən yüksək ölüm göstəricisidir. Eyni zamanda, COVID-19-a yoluxma ardıcıl üçüncü həftədir ki, azalır.
Qeyd edək ki, keçən həftə dünyada təxminən 3,7 milyon yeni yoluxma aşkar edilib, bu da əvvəlki həftə ilə müqaisədə 13% azdır.