Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan İranda olarkən xoşagəlməz hərəkətlərə yol verib. O, müsəlman ölkəsində spirtli içki qəbul edərək sərxoş olub.
Yerli KİV bildirir ki, bu səbəbdən nazir planlaşdırılan bir sıra görüşlərdə iştirak edə bilməyib.
Vahan Kerobyan ölkəsinə qayıtdıqdan sonra da qalmaqala səbəb olub. Belə ki, o, hava limanında COVID-19 testi verməkdən imtina edərək hay-küy salıb: "İqtisadiyyat naziri Vahan Kerobyan 2 ay çalışdı və yalnız hava limanındakı qalmaqalla diqqət mərkəzində olmağı bacardı. Məlumata görə, o, İranda sərxoş olduğu üçün ertəsi gün planlaşdırılan görüşdə iştirak edə bilməyib. Daha sonra Ermənistanın İrandakı səfirliyi belə bir görüşün baş tutmadığını təsdiqlədi. İndi məlum olur ki, bu, nazirin İrana səfəri ilə əlaqəli yeganə qalmaqalı deyilmiş. O, Ermənistana qayıdarkən standart prosedurdan keçmək istəməyib, koronavirus testindən imtina edib", - deyə məlumatda bildirilib.