Ermənistanın Baş naziri Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra ölkədən kütləvi köç başlanıb.
HİT.Az erməni mediasına istinadən xəbər verir ki, Paşinyanın hakimiyyəti dövründə təkcə Rusiyaya 100 mindən artıq erməni köçüb. Onlardan 82 min nəfər Rusya vətəndaşlığını qəbul edib.
Məlumata görə, 2018-ci ildə, yəni Paşinyanın hakimiyyətə gəldiyi ildə Rusiyaya köçərək oranın vətəndaşlığı qəbul edən ermənilərin sayı 27 min, 2019-cu ildə 24 min, 2020-ci ildə isə 31 min nəfər təşkil edib.