Ağ Evin mətbuat katibi Cen Psaki bildirib ki, Prezident Co Bayden Rusiya ilə əməkdaşlıq məsələlərini müzakirə etməyə hazırdır.
Bu barədə TASS məlumat yayıb.
Ağ Ev sözcüsü Baydenin tərəflər arasındakı ziddiyyətlər barədə də fikir mübadiləsi aparmağa hazır olduğunu bəyan edib.
“ABŞ Prezidenti öz mövqeyindən geri çəkilməyib. O, xaker hücumlarından, seçkilərə müdaxilələrdən, həmçinin Əfqanıstanda ABŞ hərbçilərinə qarşı təşkil olunan hücumların maliyyələşdirilməsindən narahatdır. Prezident bütün bu məsələləri birbaşa Putinin özü ilə müzakirə etməyə hazırdır”, - deyə Psaki bildirib.
Virtualaz.org