Küveyt koronavirusa qarşı tədbirlər çərçivəsində bazar günündən etibarən ölkə ərazisinə girişi iki həftəlik bağlayır.
Yalnız ölkə vətəndaşları bu müddətdə ölkəyə daxil ola biləcəklər. Xarici ölkə vətəndaşlarına qadağa qoyulsa da, küveytlilərin birinci dərəcəli qohumları istisna təşkil edəcək.
Küveytdəki rəsmi məlumatlara görə, COVID-19-dan ölənlərin sayı 961-ə, yoluxanların sayı isə 410 167-yə çatıb.
Modern.az