Müharibə vaxtı valideynlərdən rüşvət alan erməni polkovnik saxlanıldı

DÜNYA
13:52 / 04.02.2021
803

Rüşvət əvəzində əsgərləri bir hərbi hissədən digərinə köçürməkdə, eləcə də ön cəbhədən arxa cəbhəyə köçürməkdə şübhəli bilinən Ermənistan Silahlı Qüvvələrinin polkovniki Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb.

Bu barədə Ermənistan MTX-nin Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, 13 sentyabr 2020-ci il tarixində sözügedən polkovnik çağırışçı D.G.-nin anasından hərbi qulluqçunun başqa hərbi hissəyə köçürülməsi üçün 2 min dollar (975 min dram) tələb edib.

Başqa bir çağırışçı əsgəri isə 7 noyabrda Qarabağdakı döyüşlərdə iştirak edən hərbi hissəyə göndərməmək üçün onun valideynlərindən 2500 dollar (987 min dram) tələb edib. Onun təkcə həmin gün 2 min dollar aldığı bildirilib.

Sözügedən hərbçi müharibə zamanı bir hərbçini Sünikdəki bir xəstəxanadan İrəvana, daha sonra isə arxa cəbhəyə köçürməyi də təşkil edərək bunun əvəzində 300 min dram rüşvət alıb.

Polkovnik həmçinin müharibə dövründə bir hərbi qulluqçunun Qarabağdakı hərbi hissədən qaçmasının “üstünü örtməkdə” şübhəli bilinir.

Hərbçi hazırda Ermənistan MTX-yə gətirilib. Onunla birlikdə daha on nəfərin də saxlanıldığı bildirilib.

0
Qafqazinfo.az