Ermənistan böhrandan çıxmaq üçün nəşə biznesinə keçir

DÜNYA
15:23 / 04.02.2021
863

Ermənistan hökuməti ölkədə antiböhran iqtisadi tədbirləri çərçivəsində sənaye üsulu ilə narkotik (kannabis) yetişdirilməsini təşkil etməyə hazırlaşır.

Bu haqda baş nazirin müavini Tiqran Avinyan açıqlayıb.

Onun sözlərinə görə, belə praktika artıq ABŞ, Çinvə Rusiyada istifadə olunur. Avinyan izah edib ki, nazirlər kabineti qanunvericiliyə sahibkarların texniki məqsədlərlə nəşə yetişdirməsinə imkan verən zəruri dəyişikliklər edəcək.

Öz növbəsində baş nazir Nikol Paşinyan əhaliyə bu təşəbbüs haqda tam informasiya verməyə çağırıb ki, mümkün spekulyasiyalardan qaçmaq mümkün olsun. “Nəşə mühüm sənaye xammalıdır. Əlbətdə, risklər var, amma bu riskləri idarə etmək mexanizmləri də var”,-Paşinyan bildirib.

0
Virtualaz.org