“Paşinyan xalqa Türkiyə məhsullarını qadağan edir, özü isə...” - “Caliber”

DÜNYA
15:05 / 05.02.2021
926

“Caliber” layihəsinin “Telegram” kanalında Ermənistan hökumətinin Qazaxıstanın Almatı şəhərinə səfəri ilə bağlı olduqca maraqlı məqama toxunulub.

“Hər birimiz Ermənistanın hay-küylə ölkəyə türk mallarının gətirilməsinə qadağa qoyduğunu xatırlayırıq, hansı ki, bundan türk sahibkarlar heç Ermənistanın adi vətəndaşları qədər əziyyət çəkməyib. Almatıya işgüzar səfərə getmiş Ermənistanın baş nazirinin ətrafındakılarla birlikdə “Rixos Almaty” hotelində yerləşdiyini oxuduğumuzda da çox təəccübləndik.

Bu ecazkar hotel mənzil qərargahı Ankarada yerləşən Türkiyənin lüks sinfə aid “Rixos” otelləri şəbəkəsinə daxildir. Ən gülməlisi isə odur ki, hökumət üzvlərinin Türkiyə otelində qalmasının xərcləri Ermənistan hökumətinin saxta prinsipiallığı sayəsində Türkiyə məhsulları almaq imkanından məhrum edilmiş həmin erməni vergi ödəyicilərinin cibindən ödənilir”, - deyə “Caliber” qeyd edib.

0