Türkiyənin İzmir şəhərində zəlzələ olub.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) verdiyi xəbərə görə, İzmirin Karaburun rayonunda yerli vaxtla saat 19:09-da 4,1 bal gücündə zəlzələ baş verib.
Zəlzələnin episentri Egey dənizinin İzmirin Karaburun rayonundakı sahilində yerin 7,8 kilimetr dərinliyində qeydə alınıb.