Muharrem İncə CHP-dən istefa verdi

15:27 / 08.02.2021
735

Türkiyəli siyasətçi Muharrem İncə Cümhuriyyətçi Hərəkat Partiyasından ayrılıb.

HİT.Az xəbər verir ki, bu barədə siyasətçi özü açıqlama verib. O, partiyadan anlaşmazlıq səbəbindən istefa verdiyini bildirib və rəhbərliyi tənqid edib:

“CHP indi sadəcə bir plakatdan ibarətdir, ideoloji fırtınalar yaşayır. Bu gün yolayrıcında olduğumu bilirəm. ABŞ-dan demokratiya dilənənlərlə yolumu ayırıram. Mustafa Kamal deyən, ancaq Mustafa Kamal Atatürk deyə bilməyənlərdən ayrılıram”,- deyə İncə bildirib.

0