"Ermənistan hakimiyyəti xalqı manipulyasiya edir" - Marukyan

DÜNYA
16:54 / 08.02.2021
1400

"Ermənistan hakimiyyəti xalqı manipulyasiya edir".

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu müxalif İşıqlı Ermənistan Partiyasının sədri, deputat Edmon Marukyan bildirib. O qeyd edib ki, Paşinyan hakimiyyəti seçkilər mövzusu ətrafında ajiotaj yaradaraq əsas problemlərdən diqqəti yayındırır.

"Erkən seçkilər məsələsi ilə ölkənin taleyüklü problemləri ikinci plana atılır. Paşinyanın baş nazirliyi ilə Ermənistan hakimiyyəti xalqı manipulyasiya edir. İndi də növbədənkənar parlament seçkilərinin olmayacağını deyirlər", - deyə Marukyan bəyan edib. 

0