II Elizabet sərvətini gizlətmək üçün gizli bank yaradıb - İDDİA

DÜNYA
17:35 / 08.02.2021
1403

İngilis gündəlik "The Guardian" qəzeti, Kraliça II Elizabet şəxsi sərvətinin ictimaiyyətə açıqlanmasının qarşısını almaq üçün hökumətə təzyiq edərək, 1970-ci illərdə bir qanun layihəsini dəyişdirdiyini iddia edib. 

Unikal.org xəbər verir ki, lakin Bukingem sarayı bununla bağlı açıqlama verərək, "Kraliçanın qanunu blokladığı iddiası doğru deyil" olmadığını qeyd edib. 

Məlumata görə, Kraliçanın vəkilləri, kraliçanın şirkətlərdəki səhmlərinin xalqa sızması ilə kral ailəsinin çətin vəziyyətdə ola biləcəyindən narahat olduqlarını dilə gətiriblər. Mərkəzi Bankın tapdığı formuldan istifadə edərək Kraliçanın səhmlərinin köçürüləcəyi "Bank of England Nominees" adlı bir şirkət qurulub. Qanun layihəsinə əsasən, İngiltərə Bankı Namizədləri də daxil olmaqla bəzi şirkətlər, o zaman İngiltərəyə investisiya qoyan dövlət və hökumət başçılarını qorumaq cəhdi olaraq ictimaiyyətə təqdim olunan səhmdarlarını açıqlama öhdəliyindən azad edilib.

Bununla birlikdə, qəzet,  qanunun Kraliça tərəfindən edildiyini iddia edib. 1974-cü ildə, o zaman Baş nazir Edvard Heath erkən seçki keçirməyə qərar verdikdə, yenidən işlənmiş qanun layihəsi ləğv edilib.  Layihə, 1976-cı ildə hakimiyyətə gələn Harold Uilson başçılıq etdiyi İşçi Hökuməti tərəfindən Parlamentdə qəbul edilib. 1977-ci ilin aprelində Kraliçanın səhmləri bu şirkətə verilib. Bu qanun 2011-ci ilə qədər Kraliçanın səhmlərini qoruyub.  Bir müddət sonra hökümət bankın faəliyyətini dayandırmağı tələb edib. Bundan dörd il sonra bank  fəaliyyətini dayandırıb. Qəzetin məlumatına görə, bankda Kralıçanını 480 milyon dollardan artıq sərvət olduğunu da qeyd edib. 

Amma,  Kraliça da heç vaxt sərvətini açıqlamayıb. 

0