Almaniya Federativ Respublikası Xarici İşlər Nazirliyi cavab tədbiri olaraq Rusiya Federassiyası səfirliyinin bir əməkdaşını arzuolunmaz şəxs elan edib.
HİT.Az "RİA Novosti”yə istinadla xəbər verir ki, həmçinin Polşa və İsveç Xarici İşlər Nazirlikləri də eyni addımı atmaq niyyətini açıqlayıblar.
Xatırladaq ki, cümə günü Rusiya Xarici İşlər Nazirliyi Almaniya səfirliyinin, habelə Polşa və İsveçin Sankt Peterburqdakı baş konsulluqlarının bu ölkədə keçirilən müxalifət lideri Aleksey Navalnıya dəstək etiraz aksiyalarında iştirak etdikləri bildirilən əməkdaşlarının arzuolunmaz şəxs elan edilməklə ölkədən çıxarılacaqlarını açıqlamışdı.