Ermənistandan Türkiyəyə tələb: “Sərhədləri açın”

DÜNYA
17:39 / 10.02.2021
1371

Ermənistan Türkiyədən sərhədlərin açılmasını istəyir.

Bu barədə parlamentdə çıxışı zamanı xarici işlər naziri Ara Ayvazyan açıqlama verib.

“Türkiyə ilə sərhədlərin bağlı qalması Qarabağda status-kvonun saxlanması ilə bağlı idi. Amma bu status-kvo güc yolu ilə dəyişdirildi. Artıq sərhədləri bağlı saxlamaq üçün səbəb yoxdur. Amma qeyd etməliyəm ki, sərhədlərin açılması üçün heç bir proses aparılmır”- deyə Ara Ayvazyan söyləyib.

Onun fikrincə, Ermənistanın deblokadası həm risklər, həm də yeni imkanlar yaradacaq.  

0
Modern.az