Fərarilik edən erməni hərbçilər: “Göydən od ələnirdisə, biz nə edə bilərdik?”

DÜNYA
11:33 / 11.02.2021
1946

Ermənistan hüquq-mühafizə orqanları çox ciddi böhranla üzbəüz qalıb.

Ermənistanın “Joğovurd” qəzeti xəbər verir ki, 10 mindən çox hərbçi fərarilik, döyüş mövqelərini tərk etmə və döyüş meydanından qaçmaqda ittiham olunur. Bu qədər çox işi sonlandırmaq üçün prokurorluq orqanlarının kifayət qədər müstəntiqi və zamanı isə yoxdur.

“Ona görə də son günlər prokurorluq orqanları müharibə dövründə döyüş mövqelərini tərk edən, qaçan şəxslərdən ifadə alır. İfadə verən əsgərlər isə müharibəyə yüksək hazırlıqla getdiklərini, lakin “göydən od ələnirdisə, dostlarımız yanımızda külə dönürdüsə, neyləmək olardı? Başqa seçim qalmırdı, sağ qalmaq üçün qaçırdıq. Nə etməli idik? Ölməliydik?”, - deyə sual edirlər.

“Joğovurd” qəzetinin yazdığına görə, ifadələri dinləyən müstəntiqlər hansı hüquqi qərarı verəcəklərini bilmirlər. Ümumilikdə, Ermənistanda Qarabağ döyüşləri zamanı fərarilik faktları ilə bağlı 10 mindən çox cinayət işi açılıb.

0
Modern.az