Dağıstan rəhbərliyində seçki öncəsi narkotik qalmaqalı - Kremldən realksiya

DÜNYA
18:24 / 12.02.2021
708

Kreml Dağıstanda seçkiqabağı qalmaqalla bağlı xəbərləri izləsə də, nə baş verdiyini dəqiqləşdirmək fürsəti olmayıb. 

Hit.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bir müddət əvvəl sosial şəbəkələrdə Dağıstan Xalq Məclisinin sədri Xizri Şıxsəidovun partiyadaşları ilə görüşündən yayılmış qalmaqallı videodan danışarkən deyib. 

Videonun fonunda Şixsəidova aid olduğu iddia edilən səslə müxalifət təhdid edilir. "Onları necə aradan götürməyin yolunu tapacağıq. Çoxlu gülləmiz və narkotikimiz var... üzərlərindən narkotik çıxaracağıq”, - videoda Məclis sədri deyir. 

Şixsəidov bildirib ki, onun çıxışı "yaxşı fantaziyası olan montajçılar” tərəfindən dəyişdirilib. O məsələnin araşdırılması üçün Rusiya İstintaq Komitəsinə müraciət edib.

Peskov isə baş vernlərlə ətraflı tanış olmaq fürsətinin olmadığını bildirib. "Videonu güman ki, daxili siyasətlə məşğul olanlar görüb. Mən məsələnin təfərrüatlarını bilmirəm”, - Peskov əlavə edib.

0
Qaynarinfo.az