Tibbi maskaların gözlənilməz faydalı xüsusiyyəti açıqlandı

DÜNYA
19:30 / 13.02.2021
1429

Artıq koronavirusa yoluxmuş xəstələrin tibbi maskalar taxması COVID-19-un ağırlıq dərəcəsini azalda bilər.

Hit.az xəbər verir ki, bu nəticəyə ABŞ Milli Səhiyyə İnstitutunun alimləri gəlib.

Onların tədqiqatı “Biophysical Journal”da dərc olunub.

Mütəxəssislər maskaların qəbul edilən havanın rütubətini əhəmiyyətli dərəcədə artırdığını və bununla da patogenin daxil olmasına cavab olaraq orqanizm hüceyrələri tərəfindən ifraz olunan zülalların, yəni interferonların istehsalını stimullaşdırdığını aşkar ediblər.

“Artan rütubət səviyyəsi əksər maska ​​istifadəçilərinin hiss etdikləri, amma özlərinə nə qədər faydalı ola biləcəyindən xəbərsiz olduqları bir şeydir”, - tədqiqat müəlliflərindən biri Adrian Baks bildirib.

Rütubətli hava eyni zamanda mukosiliar klirensə - ağciyərlərdən bəlğəm və potensial zərərli hissəcikləri təmizləyən respirator traktın müdafiə mexanizminə səbəb olmaqla virusun ağciyərlərə yayılmasını məhdudlaşdıra bilər.

Alimlər dörd yayılmış maska tipini – №95, üçqatlı birdəfəlik cərrahi maska, pambıq və poliesterdən ibarət ikiqat maska və ağır pambıq maskanı sınayıblar. Könüllülərdən hava keçirməyən qara qutuda nəfəs almaları istənilib, bundan sonra qutudakı rütubət səviyyəsi ölçülüb. Ardından sınaqçılar eyni proseduru üzlərində maska olmaqla təkrarlayıblar. Nəticələr ikinci halda su buxarının çox hissəsinin parçada qaldığını, kondensasiyadan sonra yenidən onunla nəfəs alındığını göstərib. Ən yüksək rütubət səviyyəsini qalın pambıq maska təmin edib.

0