Köçəryandan sonra o da Moskvaya gedir

DÜNYA
21:20 / 13.02.2021
1267

Ermənistanın sabiq prezidenti, hərbi cani Robert Köçəryanın Moskva səfərindən sonra Qaqik Tsarukyan da Rusiyaya gedəcək.

Erməni mediası “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyanın Moskvaya səfər edəcəyi haqda məlumat yayıb.

İnformasiyada qeyd edilir ki, Tsarukyan Moskvaya səfərindən sonra İrəvanda müxalifət liderləri arasında görüş keçiriləcək. Mümkündür ki, bu görüşdən sonra “Çiçəklənən Ermənistan” Partiyası da fevralın 20-nə təyin edilən ümumerməni mitinqinə qatılsın.  

1
Teleqraf