Yaponiyanın şimal-şərq sahillərində 7,1 bal gücündə baş verən zəlzələ nəticəsində Miyaqi və Fukuşima prefekturalarında azı 30 nəfər xəsarət alıb.
HİT.az Report-a istinadən xəbər verir ki, 950 min ev elektrik enerjisiz qalıb.
Yeraltı təkanlar paytaxt Tokio ilə yanaşı, daha yeddi prefekturada hiss olunub, atom elektrik stansiyalarında anomaliyalar qeydə alınmayıb.
Yerli vaxtla saat 23:08 dəqiqədə qeydə alınan zəlzələnin episentri Fukuşima prefekturasının sahillərində, ocağı 60 kilometr dərinlikdə yerləşib.