Keçmiş deputatın evi qarət olundu - FOTO/VİDEO

DÜNYA
23:12 / 13.02.2021
1106

Gürcüstan parlamentinin keçmiş millət vəkili Azər Süleymanovun  Marneulinin Abdulla Şaiq küçəsində yerləşən evi qarət olunub.

HİT.az xəbər verir ki, 24News.ge-yə müsahibə verən Azər Süleymanov oğurluğun sistemli şəkildə olduğunu, onların başqa-başqa günlərdə evə daxil olduqlarını, lakin bunu sadəcə bu gün hiss etdiklərini bildirib.

Onların başqa-başqa günlərdə daxil olması faktı isə evdə mövcud olan təhlükəsizlik kameralar vasitəsi ilə qeydə alınıb.

Süleymanov bildirib ki, cinayətkarların evə sonuncu dəfə qarət üçün daxil olması bu gün səhər saat 07:00 radələrində baş verib.

O qeyd edib ki, evə daxil olan şəxslər evin həyətində olan antikvar əşyaları oğurlayıb və həmçinin, həyətdə olan avtomobili də qarət ediblər, lakin onlar evin içərisinə daxil ola bilməyiblər.

Azər Süleymanov hələlik tam olaraq evdən və avtomobildən qarət olunan əşyaların dəyərinin bilinmədiyini qeyd edib.

Hazırda Gürcüstanın Daxili İşlər Nazirliyinin əməkdaşları evdə istintaq aparır, evə yerləşdirilən kamera görünütüləri polis tərəfindən götürülüb .

0
qafqazinfo