Aparıcının 500 min avroluq qiymətli əşyaları oğurlandı

DÜNYA
23:50 / 13.02.2021
811

Parisdə televiziya aparıcısı və əntiq əşyalardan kolleksiya yığan Karolin Marqeridona məxsus mənzil qarət edilib.

Bu barədə "Le Parisien” qəzeti polisdəki mənbəsinə istinadən xəbər verir.

Mənzil Parisin on yeddinci dairəsində yerləşir. Hadisə cümə günü (12 fevral – Red) yerli vaxtla saat 12: 20-19: 30 arasında, evdə heç kimin olmadığı zaman baş verib.

Polisin verdiyi məlumata görə, oğrular özləri ilə saatlar, zinət əşyaları, dəri məmulatları və pul aparıblar. İlkin hesablamalara görə, zərərin miqdarı ən azı 500 min avrodur. Paris prokurorluğu faktla bağlı araşdırmalara başlayıb.

Marqeridon "France 2” telekanalında yayımlanan Fransanın məşhur proqramının aparıcısıdır.

0
report